Dərc edildi: Baxış sayı: 288
Bayden: "ABŞ ordusu Tayvana yeridilə bilər"
ABŞ Prezidenti Co Bayden Çinin işğalı halında Tayvana kömək etmək üçün ABŞ ordusunun cəlb edilməsinin mümkünlüyündən danışıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə "Time" nəşrinə verdiyi müsahibəsində deyib.
"Mən ABŞ hərbi qüvvələrinin istifadəsini istisna etmirəm. Quruda, hava qüvvələrinin, dəniz qüvvələrinin yerləşdirilməsi arasında fərqlər var", - deyə o, Çinin işğalı halında ABŞ-nin Tayvanda ABŞ qoşunlarını yerləşdirə biləcəyi ilə bağlı suala cavab verib.
Eyni zamanda, Bayden ABŞ-nin Filippin və Yaponiyadakı bazalarından zərbələr endirmək üçün istifadə edə biləcəyinə dair suala cavab verməkdən imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət