Slimfit
  1. MEDİA

“Baxışları ilə insanı qorxudur” — Barberin Putin təəssüratı

“Baxışları ilə insanı qorxudur” — Barberin Putin təəssüratı
Sakura

“Baxışları ilə insanı qorxudur” — Barberin Putin təəssüratı

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan Britaniyanın “The Financial Times” qəzetinin redaktoru Layonel Barber “LBC” radiosunun efirində təəssüratlarını bölüşüb.

Qafqazinfo” xəbər verir ki, jurnalist Putini sakit, ancaq çətin həmsöhbət adlandırıb. O deyib ki, prezident qarşısındakı insanın düşüncələrini duya biləcək qədər dəqiq insandır və çox asanlıqla opponentini sanca bilər. Bir sözlə, rusiyalı lider “insanı necə qorxutmağı” bilir.

Barber təəssüflə boynuna alıb ki, söhbət zamanı bir dəfə Putinin sözünü kəsib:

“Mən səhv etdim. Mənə iti nəzərlərlə baxıb “Hm, biz bura qədər yaxşı gəlmişdik. Hər şey yaxşı başlamışdı” dedi”.

Barber ümumilikdə Rusiya prezidentini kifayət qədər nəzakətli biri adlandırıb və müsahibənin mehriban atmosferdə keçdiyini bildirib.

Qeyd edək ki, Putin Barberə Osakada G20 sammiti ərəfəsində müsahibə verib. O, digər dövlətlərlə əlaqələr, iqtisadiyyat və digər məsələlərdən danışıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR