"Bavariya" çempionluğun ardından kubokun da qalibi oldu
Almaniya kubokunun final oyunu başa çatıb.
SİA xəbər verir ki, finalda “Bavariya” ilə “Leyptsiq” üz-üzə gəlib. Oyun Münhen klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın qollarından ikisinin müəllifi 29 və 85-ci dəqiqələrdə fərqlənən Polşa milli komandasının kapitanı Robert Levandovski olub. Digər qolu isə 78-ci dəqiqədə Koman vurub.
Bu qələbə sayəsində “Bavariya” Almaniya kuboku turnirinin 19-cu dəfə qalibi olub. Kubok yarışında Münhen klubunun ən yaxın izləyicisi “Verder”dir. Bremen klubu isə indiyə kimi 6 dəfə Almaniya kubokunun qalibi olub.
Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Niko Kovaç debüt ilində “qızıl dubl” etməyi bacarıb. Bu qələbədən bir neçə gün əvvəl Münhen klubu 2018-2019-cu illər mövsümünün çempionu olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət