Slimfit
  1. CƏMİYYƏT

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat
Sakura

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Məsuliyyətli bir insan və alim kimi öz yazdıqlarıma, dediklərimə cavabdehəm.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a İctimai TV-də yayımlanan “Xəbər Yekun” proqramında səsləndirdiyi fikirlər haqqında danışan millət vəkili, professor Anar İsgəndərov deyib.

Professor fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Başkənd tarixi Azərbaycan torpağıdır, bura necə anklav ola bilər? İctimai TV-də də bunun tarixi haqqında danışmışam. 1783-cü ildə Kartli-Kaxetiya hökmdarı II İrakli Çar Rusiyası ilə Georgievsk müqaviləsi imzalayıb. 1801-ci ildə indiki Gürcüstan ərazisi Rusiya tərəfindən işğal olundu. Həmin ildə Qazax, Şəmşədil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına başlandı. Bəs Qazax-Şəmşədil haranı əhatə edirdi? Qazax-Şəmşədilə Qazax, Ağstafa, Şəmkir, Zəyəm, Gədəbəy, İcevan və Dilican torpaqları daxil idi. Bu torpaqlar da Gürcüstan ərazisi işğal ediləndə Çar Rusiyasının tərkibinə qatıldı. Məni Qazax və Gədəbəyi tanımamaqda ittiham edirlər. Ancaq mən Başkəndə Qazax ərazisi deməmişəm, tarixdən danışmışam. Yəni tarixi faktlar da Başkəndin Azərbaycan torpağı olduğunu sübut edir. Biz nə üçün onu Ermənistana verməliyik? Ermənilərin buraya köçürüldüyü, gəlmə olduğu, onları buraya kimin gətirməsi də məlumdur. Çar Rusiyasına etnik dayaq lazım idi, bunun üçün də ən əlverişli olanlar ermənilər idi. Mən həmin proqramda çıxışımda sual vermişəm ki, əgər erməni burada var idisə, nə üçün 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ərazisində “erməni vilayəti” yaradıldı? Deməli, erməni əvvəl burda olmadığı üçün, erməni vilayəti də olmayıb. Sonra da İrəvan quberniyası yaradıldı. Bütün bunlar tarixi faktlardır. Ermənilərin özləri də bu tarixi faktlardan qorxurlar. Bu tarixi hadisələr Çar Rusiyası və erməni yazılı mənbələrində də var. Dediklərim də bundan ibarət olub”.

Qeyd edək ki, İTV-də yayımlanan “Xəbər Yekun” proqramında politoloq Rasim Musabəyovun Başkəndin heç bir strateji əhəmiyyəti olmadığı haqda sözləri, eləcə də həmin verilişdə danışan professor Anar İsgəndərovun da fikirləri ictimai müzakirələrə səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR