Başımız niyə çox ağrıyır?
“Başım çox ağrıyır” cümləsi yəqin çox eşitmişik. Bunun əsas səbəbi kimi 3 amil göstərilir. Qidalanmaq, stress və hormonal pozğunluqlar. Baş ağrısına yüngül baxmamalıyıq. Çünki baş ağrısı insan fəallığını tam əlindən almağa qadirdir.
“Qafqazinfo” xəbər verir ki, milli.az-ın yazdığına görə, baş ağrısının ciddi problem yaradacağını bir neçə üsulla əvvəlcədən bilmək olar. Xəstə 50 yaşın içindədirsə və nəslində xərçəng və buna oxşar xəstəlik varsa gərək ciddi yanaşıla məsələyə. Bundan əlavə heç bir vaxt bu cür ağrı ilə qarşılaşmayıbsa bu ilkdirsə mütləq həkimə müraciət etməlidir.
Bundan başqa baş ağrıları tez-tez baş verməyə başlasa və ya kiçik ağrı şəklində hər zaman xəstəni narahat edirsə boş qoymamağı mütəxəsislər məsləhət görür.
Baş ağrılarılarının ən çox rast gəlinən növü "migren" növüdür. Bu əsasən xanımlarda rast gəlinir. Bu o qədər yayılıb ki, dünyada hər 4 xanımdan biri migrenə məruz qalır. Migren xəstəliyinin dioqnozuda çox çətin qoyulur. Lakin əsasən migreni törədən səbəb stressdir.
İnsan fiziologiyasında isə migrenin əsas yaranma səbəbi kimi qan damarlarında baş verən dəyişikliklər əsas səbəb kimi göstərilir.
Migren düzgün qidalanmadıqdada yaranır. Həddindən çox şokolad, sitrus bitkiləri, sipirtli içkilər, qəhvə və pendir migreni həsaslığını artıran qidalardır. Bundan əlavə yuxusuzluq, siqaret və ən əsası stressdir.
Mütəxəsislər isə migrenin müalicəsinin çox çətin və müalicəsinin bir qurup halında edildikdə effektli nəticə edildiyini söyləyirlər. Bəzən müalicə zamanı pisixoloji dəstək belə alınır. Amma ilk növbədə xəstəni sinir sistemini həsaslaşdıran və gərginlikdə saxlayan səbəbləri tapıb onları uzaq tuturlar. Bundan sona isə müalicəyə başlayırlar. Migrenli xəstələr öz həyat hərzlərini dəyişmədən mütəxəsis nəzarətində müalicə ala bilərlər. Amma mütəxəsislər bildirirlər ki, migrenin üzərinə düşülməsə gələcəkdə çox ciddi fəsadlara yol aça bilər. Bu səbəbdəndə vaxtında müalicə olunmağı məsləhət görürlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət