Slimfit
  1. AZƏRBAYCAN

Baş Prokurorluqda Çağrı Mərkəzi yaradıldı

Baş Prokurorluqda Çağrı Mərkəzi yaradıldı
Sakura

Baş Prokurorluqda Çağrı Mərkəzi yaradıldı

Prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 2-dən fəaliyyətə başlayacaq “961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaq.

Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR