Dərc edildi: Baxış sayı: 315
Baş Prokurorluq Abşeronda konfrans keçirəcək
Dekabrın 22-də Baş Prokurorluq tərəfindən Abşeronda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.
Bu barədə Trend-ə Baş Prokurorluqdan bildirilib.
Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.
Toplantı çərçivəsində Abşeron rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir, Göyçay və Astarada regional konfranslar keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət