Slimfit
  1. CƏMİYYƏT

Baş Nazir xüsusi karantin rejimi ilə bağlı qərar imzalayıb

Baş Nazir xüsusi karantin rejimi ilə bağlı qərar imzalayıb
Sakura

Baş Nazir xüsusi karantin rejimi ilə bağlı qərar imzalayıb

Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə" qərar qəbul edib. 

"Ens.az"ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;

1.2. 1.1-1-ci bənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin;

1.3. 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri “tələblərin” sözü ilə əvəz edilsin;

1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri “tələblərə” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə ləğv edilsin;

1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə:

1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın;

1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

“13. Təhsil müəssisələrinin fəaliyyəti.”.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”;

2.2. 1.3-cü bənd ləğv edilsin;

2.3. 1.15-ci bənddən “, Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli  qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın.

4. Müəyyən edilsin ki:

4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir;

4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00- dan 00:00-dək həyata keçirilir;

4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR