Slimfit
  1. DÜNYA

Baş nazir poçtalyonlara görə vəzifəsini tərk edir

Baş nazir poçtalyonlara görə vəzifəsini tərk edir
Sakura

Baş nazir poçtalyonlara görə vəzifəsini tərk edir

Finlandiyanın baş naziri Antti Rinne poçtalyonların tətili ilə bağlı qalmaqal səbəbindən istefa verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu məlumatı Finlandiyanın dövlət teleradio şirkəti YLE yayıb.

İstefa barədə məlumatın bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00) açıqlanacağı bildirilir.

“Rinne saat 2 üçün planlaşdırılmış parlament müzakirələrindən öncə istefa etməyə hazırdır. Baş nazir vəzifəsinə yeni namizəd ehtimal ki, dekabrın 12-də partiya şurasının iclasında seçiləcək (hakim Sosial-Demokrat Partiyası – red.)”, - deyə məlumatda bildirilir.

Finlandiyada 27 noyabrda başa çatmış poçtalyonların tətili nəticəsində hakimiyyət böhranı yaşanıb. Hakim Sosial-Demokrat Partiyasının rəqibləri partiyanı poçtalyonların tətilinin qarşısının alınmasına cəhd göstərməməkdə ittiham ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR