Dərc edildi: Baxış sayı: 399
Baş nazir istefaya getdi: Xalq bayram edir
Livan Baş naziri Səad Həriri istefaya gedib.
Axar.az xəbər verir ki, Həriri istefa məktubunu ölkə prezidentinə təqdim edib.
Həririnin istefası Beyrutun mərkəzində nümayişçilərin bayram tədbirləri keçirməsinə səbəb olub. Pavşix və Riyad əl Sülh meydanlarında toplaşan etirazçılar bir-birilərini təbrik ediblər.
Etirazçılar həmçinin Həririnin istefası ilə kifayətlənməyəcəklərini və bütün siyasi elitanın cavab verməsini tələb edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, ötən gün Hərriri vəzifənin gəldi-gedər olduğunu bildirmiş, ölkənini təhlükəsizliyi naminə etirazçıların tələbini yerinə yetirəcəyini və istefa verəcəyini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət