Dərc edildi: Baxış sayı: 430
Baş nazir: “Gürcüstan turizmin bərpasında qonşu ölkələrlə əməkdaşlıq edəcək”
Gürcüstanın səfirlikləri dövlətlərlə təhlükəsiz dəhlizlərin yaradılması barədə danışıqlar aparırlar.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, artıq İsrail və Avstriya bu məsələyə maraq göstərib: “Qonşu ölkələr də maraq ifadə ediblər. Onlarla bu istiqamətdə əməkdaşlıq həyata keçiriləcək”.
Baş nazir qeyd edib ki, Gürcüstan üçün turizm sahəsinin bərpası olduqca mühüm əhəmiyyət kəsb edir: “Turizm sektoru son illər Gürcüstan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət