Slimfit
  1. İQTİSADİYYAT

Baş mühasib vəzifəsinə tələblərlə bağlı qanunda dəyişiklik

Baş mühasib vəzifəsinə tələblərlə bağlı qanunda dəyişiklik
Sakura

Baş mühasib vəzifəsinə tələblərlə bağlı qanunda dəyişiklik

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub. Əlavədə büdcə təşkilatlarının rəhbərinin ixtisasca mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə, cərimələnməsi nəzərdə tutulur.Fins.az-ın məlumatına görə,dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR