Slimfit
  1. AZƏRBAYCAN

Baş katib: "Qaz İxracatçısı Ölkələri Forumuna üzv olub-olmamaq yalnız Azərbaycandan asılıdır"

Baş katib: "Qaz İxracatçısı Ölkələri Forumuna üzv olub-olmamaq yalnız Azərbaycandan asılıdır"
Sakura

Baş katib: "Qaz İxracatçısı Ölkələri Forumuna üzv olub-olmamaq yalnız Azərbaycandan asılıdır"

"Qaz İxracatçısı Ölkələri Forumuna (GECF) üzv olmaq qərarı yalnız Azərbaycanın öz səlahiyyətindədir".

Bunu “Report”a GECF-in Baş katibi Yuri Senturin deyib. Onun sözlərinə görə, 2016-cı ildən təşkilatda müşahidəçi statusuna malik Azərbaycan hələlik qurumun fəaliyyətini izləyir, tam üzvlüyün gətirəcəyi üstünlükləri götür-qoy edir.

“Müşahidəçi statusuna malik olan Azərbaycan tamhüquqlu üzvlərdəki bəzi imkanlardan məhrum olsa da, təşkilata üzv olub-olmamaq haqqında qərar vermək yalnız Azərbaycanın özündən asılıdır. Əlbəttə, Azərbaycan GECF-ə tamhüquqlu üzv olmaq qərarı versə, şəxsən mən təşkilatın baş katibi kimi bunu alqışlayaram”,- Y.Senturin bildirib.

Baş katib qurumun nizamnaməsində və 2008-ci ildə imzalanmış hökumətlərarası sazişdə sadalanan üzvlük şərtlərini yerinə yetirən hər bir dövlətin üzvlük barədə ərizə verə biləcəyini diqqətə çatdırıb: "Əsas məsələ odur ki, ərizəçi ölkə təbii qazın netto ixracatçısı olsun. İkinci mühüm şərt üzv dövlətlərin milli təbii sərvətlərdən faydalanmaqla bərabər, suveren hüquqlarını təsbit edən hökumətlərarası sazişin müddəalarını dəstəkləməkdir”.

Qeyd edək ki, Azərbaycandan başqa İraq, Oman, Qazaxıstan, Peru, Niderland, Norveç də GECF-də müşahidəçi statusu daşıyır. Qurumun tamhüquqlu üzvləri Əlcəzair, Liviya, Misir, İran, Ekvator Qvineyası, Nigeriya, Qətər, BƏƏ, Rusiya, Venesuela, Trinidad və Tobaqo, Boliviyadır. 2001-ci ildə Tehranda əsası qoyulan, 2008-ci il dekabrın 23-də Moskvada üzv ölkələrin energetika nazirləri tərəfindən nizamnaməni və hökumətlərarası sazişi imzalanmaqla hüquqi cəhətdən təsis edilən GECF üzv ölkələrinin payına dünya qaz yataqlarının 70 faizi, hasilatının da 42 faizi düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR