Slimfit
  1. İDMAN

“Barselona” Lionel Messiyə yeni müqavilə təklif edəcək

“Barselona” Lionel Messiyə yeni müqavilə təklif edəcək
Sakura

İspaniyanın “Barselona” klubu Lionel Messiyə yeni müqavilə təklif edəcək

İspaniyanın “Barselona” klubu Lionel Messiyə yeni müqavilə təklif edəcək.

Report” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2022 və ya 2023-cü ilə qədər nəzərdə tutulub.

Kataloniya klubunun yeni maliyyə strategiyasını hazırladıqdan sonra 31 yaşlı argentinalı hücumçuya cəlbedici təklif irəli sürəcəyi bildirilir.

L.Messi ötən il noyabrın 25-də “Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan L.Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 4 dəfə “Qızıl top”a və 5 dəfə “Qızıl buts"a layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR