Slimfit
  1. İDMAN

“Barselona” ən çox izlənilən klub oldu

“Barselona” ən çox izlənilən klub oldu
Sakura

“Barselona” ən çox izlənilən klub oldu

“YouTube” kanalı fevral ayında ən çox izlənilən dünya futbol klublarının siyahısını açıqlayıb.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıda birinci yerdə 20 milyon 600 min baxışla İspaniyanın “Barselona” klubu qərarlaşıb. Buna səbəb klubun fevralda 2 dəfə “Real Madrid”lə qarşılaşması olub. Bundan əlavə Kataloniya təmsilçisi bu ayda “Valensiya”, “Atletiko Bilbao”, “Real Valledolid” və “Sevilya” ilə maraqlı oyunlar keçirib.

Siyahıda ikinci pillədə İngiltərənin “Mançester Yunayted” klubu yer alıb. Mançester təmsilçisi 13 milyon 900 min baxış toplayıb. “Mançester Siti” isə 7 milyon 860 min baxış sayı ilə üçüncü olub. “Mançester Siti”dən 340 min baxış geridə olan Fransanın “Paris Sen-Jermen” klubu 7 milyon 520 min göstərici ilə dördüncü, “Liverpul” isə 6 milyon 670 minlə beşinci olub.

Qeyd edək ki, İstanbulun “Fənərbağça” klubu 5 milyon 500 min baxışla onuncu yerdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR