Dərc edildi: Baxış sayı: 578
"Barselona" çilili futbolçu ilə 3 illik müqavilə imzalayıb
İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Arturo Vidalı heyətinə qatıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı çilili yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. İspaniya mətbuatında "Barselona"nın Vidal üçün 20-25 milyon avro ödədiyi yazılıb.
Qeyd edək ki, Vidal 2015-ci ildən "Bavariya"da çıxış edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət