BANM-də Məzun Günü keçirildi
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, layihə İdarəetmə Məktəbini bu dəfə 20-dən çox müəssisənin 40 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, ABB, “PAŞA Holdinq”,“Gilan Holdinq”, Bank Respublika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Miqrasiya Xidməti kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.
Ali Məktəbin rektoru Elmar Qasımov çıxışında Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib.
“Artıq 4 ildir ki, Bakı Ali Neft Məktəbində reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarının bir çoxu proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər” - deyə E.Qasımov qeyd edib.
Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət