Slimfit
  1. CƏMİYYƏT

Bankomatların qarşısında sosial məsafəyə riayət edilir?

Bankomatların qarşısında sosial məsafəyə riayət edilir?
Sakura

Bankomatların qarşısında sosial məsafəyə riayət edilir?

Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının ödənişi yekunlaşıb. Respublikanın bütün şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb. Bu ödənişlər bankomatların qarşısında nizamsız növbələrin yaranmasına səbəb olur. 

Baku.Tv əməkdaşlarının müşahidələrinə görə, ara məsafəsinin gözlənilməli olduğu bir vaxtda Gəncə şəhərində yerləşən bankomatların qarşısında vəziyyət fərqlidir.

 

Prosesin tənzimlənməsinə polis əməkdaşları da cəlb olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunması, vətəndaş sıxlığının yaranmaması istiqamətində ərazilərdə sakinlərlə profilaktik söhbət aparırlar. Ara məsafəsi saxlamağın zəruriliyi vurğulanır.

Qeyd edək ki, pensiyaçılar, onların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankomatlardan, eləcə də “Azərpoçt”un terminallarından əlavə faiz ödənişi olmadan ala bilərlər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR