Dərc edildi: Baxış sayı: 337
Banklarla bağlı qanuna dəyişiklik ediləcək
Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.
Azvision.az -ın məlumatına görə, dəyişiklik qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə edilir.
Azvision.az -ın məlumatına görə, dəyişiklik qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə edilir.
Maddəyə edilən əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd olunub ki, bu layihə müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması üçün onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.
Anar Kəlbiyev

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət