"Banklarda requlyativ yumşaldılma tədbirlərinin müddəti uzadılsın"
“Koronavirus pandemiyasından daha çox ziyan görən sahələrə maliyyə dəstəyi və müvafiq güzəşt mexanizmlərinin tətbiqi daha vacib olsa da eyni zamanda banklar həmin biznes subyektlərinin əlavə risklərini üzərlərinə götürməyə çətinlik çəkirlər”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclasında bildirib.
O, öz çıxışında biznes sektorunun bir istiqaməti kimi bankların cari fəaliyyətində mövcud şəraitdən irəli gələn çətinlikləri qeyd edib və AMB tərəfindən bank sektoru üzrə requlyativ-nəzarət çərçivəsində dəyişiklikləri, müvafiq dəstəkləyici tədbirlərin tətbiqini yüksək qiymətləndirib.
ABA prezidenti həmçinin banklarda müvafiq requlyativ yumşaldılma tədbirlərinin müddətinin uzadılması imkanlarına baxılmasının da məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət