Dərc edildi: Baxış sayı: 696
“Bank Respublika” gömrük xidməti göstərəcək
Dövlət Gömrük Komitəsi (DGK) “Bank Respublika” ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.
Ens.az xəbər verir ki, “Report” bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə gömrük xidməti göstərən bankların sayı 10-a çatıb. Digər 9 bank “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Xatırladaq ki, DGK bir qədər əvvəl “Premium Bank” ASC-ni kredit təşkilatlarının reyestrindən kənarlaşdırmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət