Slimfit
  1. İQTİSADİYYAT

“Bank BTB” ötən ilin maliyyə nəticələrini açıqlayıb

“Bank BTB” ötən ilin maliyyə nəticələrini açıqlayıb
Sakura

“Bank BTB” ötən ilin maliyyə nəticələrini açıqlayıb

2018-ci ilin sonuna “Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 17,12% artaraq 314,773 mln. manat təşkil edib.

"Report"un banka iastinadən verdiyi xəbərə görə, hesabat dövründə bankın xalis kredit portfeli 34% artaraq 175,231 mln. manat olub.

Son bir ildə “Bank BTB”nin depozit portfeli 60% artaraq 90,873 mln. manata yüksəlib. Ötən ilin sonuna bankın cəmi öhdəliklərinin həcmi 21% artaraq 259,367 mln. manat təşkil edib.

2018-ci ildə “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 66,450 mln. manat olduğu halda, məcmu kapitalı 2% artaraq 54,730 mln. manata bərabər olub.

Hesabat dövrünün sonuna bankın əməliyyat mənfəəti 1,430 mln. manat, gəlirləri 25,657 mln.manat, xərcləri isə 24,952 mln. manat təşkil edib.

“Bank BTB” 2018-ci ili 704 min manat xalis mənfəətlə başa vurub.

“Bank BTB”nin İdarə Heyətinin üzvü Vüsal Şahverdiyev ötən il üzrə maliyyə nəticələrini şərh edərək 2018-ci ilin bank üçün uğurlu il olduğunu qeyd edib. 

“Ötən il əsas fəaliyyət göstəricilərindən olan əməliyyat mənfəətini də pozitiv trenddə saxlamaqla müsbət rəqəmə çevirməyə, eyni zamanda, qeyri-qənaətbəxş aktivlərin həcmini əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olduq. Bunların sayəsində bankın dayanıqlılığının artırılmasına xidmət edən beynəlxalq IFRS9 standartının tətbiqinə hazırlıq məqsədilə ayrılmış ehtiyatlardan sonra, xüsusi ehtiyatların ümumi həcmi 726 min manat məbləğində artıb”, - deyə V.Şahverdiyev bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR