Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Balqabaq ağ ciyər xərçəngi riskini azaldır

Balqabaq ağ ciyər xərçəngi riskini azaldır
Sakura

Balqabaq ağ ciyər xərçəngi riskini azaldır

Türkiyəli həkimlər və mütəxəssislər balqabağın yeni faydasından bəhs ediblər.

Ölkə.az” xəbər verir ki, balqabağın bəzi ağ ciyər xərçəngi riskini azaltdığı üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, tərkibi beta karotenlə zəngin bir pəhriz bəzi xərçəng növlərinə yoluxma riskini azaldır, ürək-damar xəstəliklərinə qarşı orqanizmi qoruyur.

Balqabağın 90 faizi sudan ibarətdir, tərkibində lif çox, kalorisi azdır. 1 stəkan qaynadılmış, süzülmüş, bişirilmiş, duzsuz balqabaq 49 kaloridir. Tərkibində 2 qram protein, 12 qram karbonhidrat, 3 qram lif var. C vitamini mənbəyidir. Xəstəliklərə qarşı mübarizə aparan potasium, pantotenik turşu, maqnezium, C və E vitaminləri, dəmir, sink, selenium, kalsium, niasin və folat da balqabağın tərkibində var.

Balqabağın tərkibindəki beta karoten bitki karotenoidlərindən biridir və orqanizmdə A vitamininə çevrilir. A vitamini isə sağlamlıq üçün vacibdir.

Araşdırmalar məlub edib ki, tərkibi beta karotenlə zəngin bir pəhriz ağ ciyər, dəri, döş və bir sıra xərçəng növlərinə yoluxma riskini azaldır. Bundan başqa ürək-damar sistemi xəstəliklərinə qarşı da orqanizmi qoruyur.

Beta karotenlə zəngin digər meyvə və tərəvəzlər bunlardır: yerkökü, gül kələm, şirin kartof, qaysı, yaşıl yarpaqlı tərəvəzlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR