Slimfit
  1. AZƏRBAYCAN

Balıqqulağından xariqələr yaradan usta

Balıqqulağından xariqələr yaradan usta
Sakura

Balıqqulağından xariqələr yaradan usta

Lerikdə yaşayan, ixtisasca reklam tərtibatı üzrə icraçı rəssam olan usta Qurban Fərziyev 14 ilə yaxındır ki, maraqlı əl işləri yaratmaqla məşğuldur.

Oxu.Az xəbər verir ki, onun ilk işi istirahət mərkəzi üçün hörmə üsulu ilə kiçik çay daşlarını hissə-hissə yığaraq hazırladığı böyük bir şəlalə olub.

Gildən müxtəlif heykəllər, şəlalələr, heyvan fiqurları, tovuzquşu fiquru düzəldib. 

Qurban Fərziyev deyir ki, əvvəlcə qəlib quraraq tökmə üsulu ilə maket düzəldir. Bütün işlərini maket qurduqdan sora birbaşa onun üzərində işləyir. İşlədiyi hər hansı bir tərtibatın maketini sement və dəmir tordan istifadə edərək işləyir. 

Usta Qurbanın bir özəlliyi də odur ki, bir dəfə gördüyü işi ikinci dəfə təkrar başqa məkanda görmür. 2003-cü ildən istirahət mərkəzləri üçün gildən müxtəlif heykəllər, şəlalələr, heyvan fiqurları düzəldən usta dörd ildir ki, Xəzər dənizi sahillərindən yığılan balıqqulağından mozaika işləri görməyə başlayıb.

Usta deyir ki, balıqqulağı ilə işləmək həddən artıq səbr tələb edir. Gərək balıqqulağını elə düzəsən ki, sıralama pozulmasın, yerindən qopub düşməsin.

Hazırda su pərisi və onun mağarası üzərində çalışan usta heykələ rəngli balıqqulağı düzmək işləri görür. 

O hazırda gördüyü işi tam başa vurmaq üçün təqribən 50 kisəyə yaxın balıqqulağının istifadə olunacağını deyir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR