Dərc edildi: Baxış sayı: 578
"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa…
"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa qoyulub.
Trend-in məlumatına görə, bu barədə “BakuBus"MMC-nin direktor müavini Azər Qasımov bildirib.
O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət