Dərc edildi: Baxış sayı: 676
Bakının Sulutəpə qəsəbəsi “su içində üzür”: Uşaqlar dərsə getməkdə çətinlik çəkir
Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir.
Oxu.Az xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur.
Qəsəbə sakinləri saytımıza bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq belə mümkün olmur:
“Yaxın zamanlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”.
Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.
Nərmin Muradova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət