Slimfit
  1. İDMAN

Bakının qatılacağı turnirin himninin müəllifi bəlli oldu

Bakının qatılacağı turnirin himninin müəllifi bəlli oldu
Sakura

Bakının qatılacağı turnirin himninin müəllifi bəlli oldu

UEFA Futbol üzrə 2020-ci ilin Avropa Çempionatının rəsmi himninin müəllifini seçib. 

TASS-ın turnirin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, növbəti yarışın himni Niderlanddan olan dicey Martin Qarriksə həvalə edilib.

“Mən fəxrlə bildirirəm ki, Futbol üzrə 2020-ci ilin Avropa Çempionatının himnini yazmışam. Hər birinizin onu eşidəcəyi anı səbirsizliklə gözləyirəm”, - deyə 23 yaşlı Qarriks özünün “Twitter” hesabında yazıb.

“Avro-2020”nin rəsmi mahnısı və onu ifa edəcək müğənni yazda təqdim olunacaq.  Hər iki musiqiçi mahnını tam həcmdə ilk dəfə Romada 2020-ci ilin iyunun 12-də turnirin açılış mərasimində ifa edəcəklər. 

Qarriks “DJ Magazine” jurnalna əsasən 3 dəfə (2016, 2017, 2018) ən yaxşı dicey adına layiq görülüb.

Xatırladaq ki, Çempionat turnirin 60 illik yubileyi şərəfinə Avropanın 12 şəhərində - London, Münhen, Bakı, Sankt-Peterburq, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR