Dərc edildi: Baxış sayı: 575
Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub
Bu gün "Milli Şura" üzvlərinin Bakının mərkəzində - "28 May" metrostansiyasının qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısını almaq məqsədilə əraziyə çoxlu sayda polis əməkdaşları və DİN-in Daxili Qoşunlarının şəxsi heyəti cəlb olunub.
Azvision.az -ın məlumatına görə, vətəndaşların təhlükəsizliyini təmin etmək, həmin ərazidə baş verəcək mümkün qanun pozuntularının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları da hazırda iş başındadırlar.
Qeyd edək ki, Bakı polisi mitinq təşkilatçılarına ciddi xəbərdarlıq edib. Bildirilib ki, qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq, ictimai asayişi pozmağa çalışan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət