Slimfit
  1. AZƏRBAYCAN

Bakının it sığınacağındakı vəziyyət

Bakının it sığınacağındakı vəziyyət
Sakura

Bakının it sığınacağındakı vəziyyət

Bakının Mərdəkan qəsəbəsində sahibsiz itlər üçün yaradılan Good World sığınacağının məqsədi atılmış, yaralı və küçə itlərinin qorunması və yeni ailələrə verilməsidir.

Report”un əməkdaşları sığınacağı ziyarət edərək buradakı vəziyyətlə tanış olublar.

Sığınacağın yaradıcısı və rəhbəri Fərid Mansurovun sözlərinə görə, burada 300-ə qədər it saxlanılır. Onlardan bəziləri yaralanıb, bəziləri isə sahibləri tərəfindən atılıb.

Sığınacaqda üç nəfər işləyir. Bununla yanaşı, könüllülər də tez-tez buranı ziyarət edərək yardım göstərirlər. İtlərin qidalanması və müalicəsi vətəndaşların etdikləri ianələr hesabına başa gəlir. Onlara toyuq və heyvan ətləri verilir.

F.Mansurov bildirib ki, itlərin bir çoxunu xaricdə yaşayan insanlar götürürlər: "Bəziləri isə iti götürüb bir müddət baxdıqdan sonra küçəyə atıb, yaxud da yenidən sığınacağa geri qaytarıblar. Bu kimi halların qarşısını almaq üçün artıq bu prosesi monitorinq yolu ilə həyata keçiririk".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR