Slimfit
  1. AZƏRBAYCAN

Bakının əsas giriş yollarından birində təmir başa çatıb

Bakının əsas giriş yollarından birində təmir başa çatıb
Sakura

Bakının əsas giriş yollarından birində təmir başa çatıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

Agentlikdən ONA-ya bildirilib ki, təmir-bərpa işləri yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib.

Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR