Bakının bu ərazisində hələ də odun peçi işlədilir
Bakının Xəzər rayonu Buzovna qəsəbəsində qeyri-adi hal yaşanıb. Belə ki, Albalı adlanan ərazinin Məlik Dadşov küçəsinin sakinləri digər küçələrin sakinlərindən ayrı düşüb. Adı çəkilən küçəyə 30 ildir mavi qaz verilməsə də, o küçənin sağ və solunun sakinləri illərdi mavi qazla təmin olunub.
Sakinlərin sözlərinə görə necə ola bilər ki, bu ərazidə hər kəsə hətta bizdən sonraki və bizdən əvvəlki məhəllərə mavi qaz çəkildiyi halda bizi qaza həsrət qoyublar. Odun peçi ilə yaşayan sakinlər aidiyyatı qrumlardan yardım istəyib.
Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişinə açıqlama verən «Azərqazın» rəsmisi Ceyhun Səfər sakinlərin iddiaları qismən qəbul edib. Onun sözlərinə görə adı çəkilən əraziyə qaz çəkilməyəcək. Səbəb isə sadəcə həmin məhəllənin neft şirkətinin balansında olması göstərilir.
Teleaparıcı sonda maraqlı fikirlər səsləndirib. «Bu məhəllə də insanlar arasında ayrı-seçkilik yaranıb. Bir neçə qonşu arxa məhəllədən evinə qaz çəkdirib. » deyə Amil Xəlil bildirib. Qeyd edək ki, küçə mərhum sənətkarımız Məlik Dadaşovun adını daşıyır. Yaratdığı «Qəmlo» və 32-dən çox obrazı ilə sevilən sənətakara qarşı bu hörmətsizlik deyilmi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət