Təbii qaz təchizatında məhdudiyyət olacaq
Təbii qaz təchizatında məhdudiyyət olacaq.
Fins.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219mm-lik qaz xəttinin ləğvi, yeni çəkilmiş diametri 108 mm-lik qaz xəttnin müvcud şəbəkəyə qoşulması, Suraxanı rayonu ərazisində qaz tənzimləyicinin quraşdırılması, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş qaz xətti ilə əvəz edilməsilə əlaqədar, 23 yanvar 2019-cu il tarixdə saat 1000-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət