Dərc edildi: Baxış sayı: 436
Bakının 3 rayonuna içməli suyun verilməsində fasilə olacaq
Bu gün Bakının 3 rayonuna içməli suyun verilməsində fasilə olacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, məhdudiyyət Yasamal, Səbail və Xətai rayonlarının bir hissəsini əhata edəcək.
Məlumata görə, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) noyabrın 10-u gün ərzində içməli suyun verilişində fazilələr yaranacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət