Slimfit
  1. CƏMİYYƏT

Bakının 150-dən artıq küçəsi xüsusi kimyəvi maddələrlə yuyulur

Bakının 150-dən artıq küçəsi xüsusi kimyəvi maddələrlə yuyulur
Sakura

Bakının 150-dən artıq küçəsi xüsusi kimyəvi maddələrlə yuyulur

Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.

"Report" xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlərlə yanaşı olaraq aprelin 18-dən etibarən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb.

İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlayaraq aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı öz təşəbbüsləri ilə paytaxtın dezindeksiya işlərinə də qoşularaq bu işlərə 8 ədəd xüsusi avtonəqliyyat vasitəsi ayırıb. Onlar da bu gündən dezinfeksiya tədbirlərində iştirak edirlər.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib. Eyni zamanda paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb.

Görülən işlərin xüsusi kimyəvi maddələrlə aparıldığından əməkdaşların sağlamlığının qorunması məqsədi ilə bu işlərdə iştirak edən əməkdaşlar xüsusi qoruyucu geyim, maskalardan əlavə süd və ayranla da təmin olunublar.

Bu işlərlə yanaşı gündə 2 dəfə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib ki, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

*** 07:30 

Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə “Report” paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR