Slimfit
  1. AZƏRBAYCAN

Bakıətrafı bağ evlərinə “Simsiz rabitə” qurulur

Bakıətrafı bağ evlərinə “Simsiz rabitə” qurulur
Sakura

“Baktelecom” Bakı və ətraf ərazilərdə baza stansiyalarının sayını artırır

“Baktelecom” Bakı və ətraf ərazilərdə baza stansiyalarının sayını artırır

“Qafqazinfo” xəbər verir ki, “Baktelecom” yay mövsümü ilə əlaqədar paytaxt sakinlərinin Bakıətrafı ərazilərə axınını nəzərə alaraq “Simsiz rabitə” şəbəkəsinin (LTE – Long Term Evolution) əhatə dairəsini genişləndirir.

Yeni stansiyaların qurulması paytaxt ətrafı kəndlərdə və yaşayış massivlərində sakinlərin keyfiyyətli telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradır.

Əsas üstünlük “Baktelecom”un məhdud infrastrukturlu ərazilərdə kabel xətlərindən aslılıq olmadan 100 mb/s-ə qədər məlumat ötürmə sürəti, hava şəraitindən aslı olmayaraq kəsintisiz xidmət və müştəri seçimi üçün sərfəli tariflər təqdim etməsidir.

“Simsiz rabitə” xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. Simsiz rabitə xidmətinə qoşulma isə “Baktelecom”un əməkdaşları tərəfindən pulsuz həyata keçirilir. Tariflərlə bu linkdə -http://baktelecom.az/lte tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, “Baktelecom” uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkəni uğurla istifadəyə verib.

Mənbə: Qafqazinfo.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR