Slimfit
  1. CƏMİYYƏT

Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilir? - AÇIQLAMA

Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilir? - AÇIQLAMA
Sakura

Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilir? - AÇIQLAMA

Avqustun 20-də yoluxanların sayı 146-da 139-a düşüb. Yoluxanların sayında azalma dinamikası davam edərsə Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejimi ləğv edilə bilərmi?

Ens.az xəbər verir ki,bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmdəov bildirib ki, bu barədə danışmaq çox tezdir:

"Çünki bilirsiniz ki, gündəlik yoluxanların sayı 79-dan 139-a qalxıb. Yumşalmalardan sonra yoluxanların sayının artması gözlənilən idi. Biz hər birimiz çalışmalıyıq ki, bu rəqəm daha da aşağı düşsün. Koronavirus epidemiyasının başladığı ilk gündən dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atıldı. Məhz bu addımlar sayəsində bu gün yoluxanların sayına görə Azərbaycan ən aşağı pillələrdə dayanır. Biz bu nəticəni saxlamaq üçün mütləq qaydalara əməl etməliyik.

Qaydalara əməl edərək həm özümüzü, yaxınlarımızı qorumaqla yanaşı həm də normal həyatımıza daha tez qayıda bilərik. Qaldı ki, Bakıdan başqa digər rayon və şəhərlərdə karantin rejiminin ləğv edilməsi məsələsi o zaman ola bilər ki, yoluxanların sayı həmin bölgələrdə minumuma düşsün. Karantin rejiminin tədbiqi və qaydaların hazırlanması ilə bağlı bütün qərarları Operativ Qərargah verir.

Rayonlarda karantin rejiminin ləğv edilməsindənsə, müəyyən qaydalarla gediş-gəlişin bərpa edilməsi daha məqsədə uyğun olardı. Çünki insanlarımız yay ayları olduğuna görə istirahət üçün bölgələrə üz tutmaq istəyir. Məncə postlarda vətəndaşlarımızın tempuraturu ölçülməklə və digər qaydalara əməl edilməklə ailəvi şəkildə bölgələrə gedilməsinə icazə verilə bilər. Əlbəttə insanlarımızın qoyulan qaydalara əməl etməsi, qapalı yerlərdə maska taxması, sosial məsafəni qoruması və şəxsi gigyenik qaydalara əməl etməsi vacibdir. İnsanlarımızın çoxunun qaydalara əməl etməsi nəticəsində yoluxanların sayı 600-dən 139-a düşdü. Təəssüf ki, qaydalara əməl etməyən insanlar da az deyil. İnanıram ki, vətəndaşlarımız dövlətimizlə həmrəy olaraq qoyulan qaydalara əməl etməklə bu bəlaya tezliklə qalib gələ bilər ".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR