Slimfit
  1. CƏMİYYƏT

Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb
Sakura

Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

“Hazırda Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan 13 ali təhsil müəssisəsinin 35 yataqxana binası mövcuddur”.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Bunlardan 3-ü təmirli (1300 çarpayılıq), 7-si təmirsizdir (850 çarpayılıq). 25 binada məcburi köçkünlər məskunlaşıb.

Təhsil Nazirliyinin tabeliyində olmayan digər ali təhsil müəssisələrinin yataqxanalarında 2100-ə yaxın çarpayılıq yer var.

Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç  yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik  yataqxanasının əsaslı təmiri üçün isə layihə-smeta sənədləri hazırlanır. Təmirin cari ildə başlanması nəzərdə tutulub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR