Dərc edildi: Baxış sayı: 286
Bakıda zibillikdən 15 günlük körpə tapıldı
Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.
Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.
Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət