Bakıda yeni zavod istifadəyə verilib
Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu istifadəyə verilib.
Trend-in məlumatına görə, ümumilikdə 2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
2019-cu ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 917,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz az vəsait yönəldilib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 49,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2019-cu ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,3 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 19,8 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 85,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət