Slimfit
  1. AZƏRBAYCAN

Bakıda yeni açılmış tuneli su basdı

Bakıda yeni açılmış tuneli su basdı
Sakura

Bakıda yeni açılmış tuneli su basdı

Yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb

Sabunçu rayonu Sabunçu qəsəbəsində may ayında açılışı olan yeni inşa edilmiş yeraltı tuneli su basıb.

Bu barədə məlumatı sözügedən yoldan istifadə edən qəsəbə sakini, jurnalist İlkin Muradov paylaşıb. Bildirib ki, gecədən fasiləsiz olaraq yağan yağışla əlaqədar tunel tamamilə su ilə dolub. Qəsəbənin yeganə ən yaxın yolu olan tunelin bağlanması problemə səbəb olub. “Mersedes” markalı bir avtomobil isə tuneldə su içində qalıb.

Sözügedən yol əvvəllər dəmir yolu relslərinin üzərindən keçirdi. Lakin sonradan həmin xətt üzrə sürətli qatar istifadəyə verildiyi üçün dəmir yolu xətləri ilə avtomobil yolunun kəsişməsi aradan qaldırılıb. Bu məqsədlə ilin əvvəlində dəmir yolu xətlərinin altından tunel inşa edilib.

Sözügedən yolda görülən işlər Azərbaycan Dəmir Yolları QSC tərəfindən aparılıb.

Yaranmış problemlə əlaqədar açıqlama verən QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirib ki, artıq Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub.

Onun sözlərinə görə, yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib və tunel bu səbəbdən su ilə dolub:

“Stansiyasının 14-cü kilometrinin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

 Yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib.

Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyun tuneldən sorulması üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldə avtomobillərin hərəkəti bərpa olunub".

N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və Azərbaycan Dəmir Yolları QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb.

“Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığının aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb”, - QSC-nin sözçüsü bildirib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR