Slimfit
  1. İQTİSADİYYAT

Bakıda Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib

Bakıda Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib
Sakura

Bakıda Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib

Bakı Konqres Mərkəzində İDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bu il Ümumdünya Ərzaq Günü "Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada "Sıfır aclıq" mümkündür" (OurActionsareourFuture. A #ZeroHungerworldby 2030 ispossible) mövzusuna həsr edilib.

Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım (#MyActions) mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşr və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən sərgidə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarındangəlmiş qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələrinin əlişləri də sərgilənib. Qeyd edək ki, sözügedən qruplar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.

Tədbir İDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi - Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.

Sonra qonaqlara FAO-nun baş direktoru JozeQratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və AQTA-nın sədri Qoşqar Təhməzli çıxış ediblər.

Tədbir “Davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək” mövzusunda panel müzakirələri və aqrobiznesdə fermerlərin uğur hekayələri haqqında videoçarxlarla davam edib.

Xatırladaq ki, FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında maarifləndirmənin artırılmasından ibarətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR