Slimfit
  1. CƏMİYYƏT

Bakıda tıxaca qarşı daha bir üsul

Bakıda tıxaca qarşı daha bir üsul
Sakura

Bakıda tıxaca qarşı daha bir üsul

Nərimanov rayonu ərazisində əsas yollardan birində tez-tez yaranan sıxlıq və tıxacların azaldılması məqsədilə 6 km uzunluğa malik küçələrdə müasir yol infrastrukturu yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, müasir yol infrastrukturu Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda salınıb. Hazırda işlər yekunlaşmaq üzrədir.

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı, həmçinin yol əsası inşa edilib.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür. Bundan başqa yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün “cibli dayanacaq”lar qurulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR