Slimfit
  1. CƏMİYYƏT

"Bakıda tikinti şirkətləri kütləvi olaraq, vətəndaşların hüquqlarını pozur" - Zahid Oruc

"Bakıda tikinti şirkətləri kütləvi olaraq, vətəndaşların hüquqlarını pozur" - Zahid Oruc
Sakura

"Bakıda tikinti şirkətləri kütləvi olaraq, vətəndaşların hüquqlarını pozur" - Zahid Oruc

“İnsan hüquqları üzrə Müvəkkilin 2003-cü ildən sonra təqdim etdiyi məruzələr cənab İlham Əliyevin ali siyasi rəhbərliyə gəldiyi dövrlə üst-üstə düşür və ötən il-Ulu öndərin 100 illik yubileyi son bir əsri, o cümlədən, dövlətçilik tariximizdə müstəsna yer tutan son 20 ili qiymətləndirməyə imkan verir”.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Millət vəkili deyib ki, torpaqlarını və siyasi suverenliyini silahlı yolla təmin edən bir xalqın 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük günü ən böyük insan hüquqları hadisəsidir:

“On illərlə qaçqın və məcburi köçkünlərin hüquqlarını təmin etməyi qarşıya məqsəd qoyan Müvəkkil institutu indi Böyük qayıdışı fərəhlə hesabatlarına daxil edir. Ona görə də Milli Məclisinin hazırki müzakirələri əvvəlki illərdən fərqləndiyi üçün, konstitusion bütövlük və vətəndaş tamlığının hesabatı adlandırıla bilər. 3 fəsildən, 97 səhifədən ibarət Məruzədə Ombudsmanın AR Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan: dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik fəaliyyət, ictimaiyyətlə və qeyrihökumət təşkilatları ilə əməkdaşlıq, media ilə əməkdaşlıq və beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönələn təklif və tövsiyələri öz əksini tapıb.Hər il olduğu kimi, ilk növbədə, şikayətlərin statistikası və onunla bağlı Müvəkkil tərəfindən həyata keçirilən tədbirlər öz əksini tapıb. Xatırladaq ki, 2023-cü ildə Ombudsmanın ünvanına 29.411 müraciət daxil olub ki, bu da 2021-ci ildəki 31.092 şikayətlərlə müqayisədə 1.681 müraciət azdır. Bununla belə, istər dövlət başçısına, istərsə də hörmətli Mehriban xanıma daxil olan müraciətlər onu deməyə əsas verir ki, biz gələcəkdə müxtəlif dövlətlərin Müvəkkilərinin hazırladıqları hesabatlarda olduğu kimi şikayətlərin daha çox hansı sahələri əhatə etdiyini, onların dinamikasını və problemləri yaradan, yaxud həll etməyən qurumların adlarını Məruzəyə daxil etməliyik. Milli Məclisdə Hökumətin gözlənilən hesabatı qarşısında Ombudsmanın Məruzəsi yol xəritəsidir”.

Deputat qeyd edib ki, İH ilə bağlı müraciət və şikayət statistikasına nəzər saldıqda ümumi mənzərə belədir:

2011    12.680 müraciət
2012    12.470 müraciət
2013      13.670 müraciət  
2014      13.150 müraciət  
2015      15.320 müraciət; 2014-cü illdən  16,5% çox
2016      18.740 müraciət  
2017      18.400 müraciət; 2016-cı ildən 1,8% az  
 2018     20.400 müraciət
2019    25.500 müraciət
2020    27.500 müraciət
2021    31.092 müraciət;  
2022     28.525 müraciət;  
 
“Məruzədə İrak və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb. Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulan və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. DTX-nın rəsmi məlumatına görə "Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub." İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Biz ikili deyil, məhz Azərbaycan vətəndaşlarının nizami ordularda iştirakını, üsyançı hərbi birləşmələrin tərkibində vuruşmaları ilə eyni cinayət sayırıq. Ona görə də  Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.  Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemi daha da sərtləşməyə ehtiyac var.Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il 347 başçəkmə həyata keçirib. 2022-ci ildə bu rəqəm 201 idi. Diqqəti cəlb edən yenə də Penitensiar müəssisələrdəki sıxlığın yuxarı olmasıdır. 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1.050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1.400 nəfərin saxlandığı, 1.200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1.411 məhkumun cəza çəkdiyi müəyyən edilib. Tədqim olunan rəsmi məlumatlara görə, məhkumların 35-faizini narkotiklərlə bağlı məhkumlar təşkil edir. Doğrudur, əhalinin 100 min nəfərinə düşən məhbus sayına görə biz dünyada 56-cı yeri tuturuq və bu yaxşı göstəricidir, yəni, kriminogen durum sabitdir. Lakin çıxış yolu təkcə yeni cəzaçəkmə müəssisələri tikmək deyil, həm də narkotik maddələrlə bağlı hüquqi aktlara yenidən baxmaqdır. Ədliyyə Nazirliyinə yeni rəhbərin, bir müddət Milli Məclis Aparatında çalışan şəxsin təyin olunması həm də Penitensiar və Probasiya sistemində dəyişikliklərə təkan verəcəyinə inanırıq”, - deyə deputat bildirib.

"Məruzədə haqlı olaraq, il ərzində barəsində həbs qətimkan tədbiri seçilən 100-dən çox şəxsin sonradan məhkəmənin qərarı ilə bəraət almasına diqqət çəkilib, bəzi illərdə 200-dək təqsirləndirilən şəxsin bəraət almasına baxmayaraq, barələrində həbs qətimkan tədbirinin uzadılmasından narahatlıq ifadə olunub. Biz yeni məhkəmə və hüquq sistemində islahatlara, təkcə alternativ cəzalara deyil, həm də ümumiyyətlə cəza siyasətinə yenidən baxılmasını həm də bu baxımdan vacib sayırıq".

O deyib ki, məruzədə təkrar cinayətlərin artmasına dair verilən məlumat da Parlamentin və Hökumətin diqqətini cəlb etməlidir:

“Çünki “cinayət törədən, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilən şəxslər”in sayı getdikcə artır. Buna hüquqi dildə residivlər deyilir. 2020-ci ildə 2.859, 2021-ci ildə 4.374, 2022-ci ildə isə 5.127 nəfərədək artan belə təkrar cinayətlərin səbəblərinin geniş təhlilinə, onu doğuran səbəblərin aradan qaldırılmasına ehtiyac var. Sağlamlığın qorunması ilə bağlı sənəddə qeyd olunur ki,  güzəştli dərman preparatları ilə təminatda mövcud problemlər, müalicə müəssisəsinə göndərişin verilməsindən imtina, əlilliyin qiymətləndirilməsi ilə tibb müəssisələrə müraciətin nəticəsiz qalması və  icbari tibbi sığortanın imkanlarından zəif istifadə vətəndaşları dərin narahat edir. Biz seçkilər zamanı 100-lə insanın dövlət tərəfindən tibbi sığorta edildiyindən məlumatsızlığının şahidi olurduq və sorğular göstərir ki, əhalinin yarıya qədəri tibbi sığortaya dair dövlət siyasətindən məlumatsızdır. Ona görə də bu istiqamətdə xüsusi tədbirlərə ehtiyac var. Vətəndaşların mənzil hüquqları ilə bağlı Məruzədə əksini tapan problemlərə əlavə olaraq, 5250 nəfər şəxsin ən azı iki nəfərə satılan mənzil cinayətlərinin qurbanları olduqları və 20-yə yaxın tikinti şirkətinin rəhbərinin həbs edildiyini bildirmək istərdik. Biz qanunvericiliyi dəyişməliyik. O cümlədən, Bakı şəhərində pilot layihələrin bir çoxunda tikinti şirkətləri kütləvi olaraq, vətəndaşların hüquqlarını pozur. Nəinki bazar qiymətlərindən aşağı, eləcə tikililərin illərlə yarımçıq qalması, şərtlərlə razılaşmayan insanların qanuni mülkiyyətindən çıxarılması üçün davamlı təzyiq və təhdidlər bu sahədə ciddi probelmlərin olduğunu göstərir. Ona görə də biz Müvəkkillə birlikdə 2024-cü ildə Hökuməti müxtəlif müzakirə və tədbirləri həyata keçirməyə çağırırıq. Ombudsmanın ötən ildə ölkəmizin beynəlxalq mənafelərinin qorunmasındakı fəaliyyətini yüksək qiymətləndirir, onu xarici siyasətimizin bir parçası sayırıq. Xüsusilə də dünyada 44 günlük Vətən müharibəsi, Ermənistanın beynəlxalq hərbi və insanlıq əleyhinə cinayətlərinin bir neçə dildə yayılan 3 hesabatı da əhəmiyyətli addımlardır. Ermənistanın Roma statusunun ratifikasiya etməklə ölkəmizin yüksək siyasi və hərbi rəhbərliyinə qarşı planlarıın ifşa edilməsi yönündə önləyici tədbirlər görülməsinə ehtiyac var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR