Slimfit
  1. CƏMİYYƏT

Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı
Sakura

Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsi dayandırılır, su anbara toplanır

Sputnik. Paytaxtın bəzi rayonlarında su fasilələrlə verilir.

Binəqədi rayon sakinlərinin sözlərinə görə, əvvəllər əraziyə su 24 saat verilsə də, son zamanlar gecə saat 00.00-da suyun verilməsi dayandırılır. Bir də su səhər saatlarında verilir.

Ens.az xəbər verir ki,“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buna səbəb bütün ölkədə su problemi yaşanmasıdır: “Vətəndaşlar bunu nəzərə almalıdır. "Azərsu" rejim tənzimləmələri həyata keçirir. Bu səbəbdən də əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsini dayandırıb, suyu anbara toplayırıq ki, gündüz saatlarında verə bilək. Bunu abunəçilər nəzərə almalıdır”.

Xatırladaq ki, yay fəsli olması və ölkədə pandemiya olması ilə əlaqədar olaraq, suyun istifadəsi 38 faiz artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR