Bakıda “Saxla” əmri verən polisi “məhəllə söhbətinə” çağırdılar
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər.
Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.
Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib. O, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub.
O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət