Slimfit
  1. CƏMİYYƏT

Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub

Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub
Sakura

Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub

Bakıda fəaliyyət göstərən məşhur "Tonqal" restoranında 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən Natiq Qardaşov və Radiq Mehdiyevin məhkəmə istintaqı yekunlaşıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə hökm oxunub.

Hökmə əsasən, Natiq Qardaşov və Radiq Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb və onların hər biri barəsində 5 min manat olmaqla cərimə tətbiq edilib.

Xatırladaq ki, zərərçəkmiş qismində isə "Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov Ələsdan oğlu tanınır.

Qeyd edək ki, Radiq Mehdiyev özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi "Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşovla əlbir olaraq restorana gətirib təhvil verdiyi ətin çəkisini artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul alıb. Nəticədə Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.

Onlar barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR