Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək

Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək
Sakura

Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək

Bakıda III Qlobal Sağlamlıq Forumu keçiriləcək.

Bu barədə "Report"a Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Sahibkarlarla iş və kommunikasiya şöbəsindən məlumat verilib.

Aprelin 22-dən 24-dək Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi ilə,Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçiriləcək.

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerşəkləşdiriləcək bu tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur. Forumda İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası,Azərbaycan Mehmanxanalar Assosasiyası , turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.

5-ci assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.

Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.

Qeyd edək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayilan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR