Slimfit
  1. AZƏRBAYCAN

Bakıda parkomatlar yığışdırılır

Bakıda parkomatlar yığışdırılır
Sakura

Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parkomatları yığışdırırlar

Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parkomatları yığışdırırlar.

Publika.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat verib.

Ekspert bildirib ki, yığışdırılan parkomatların istifadəsi üçün variantlar tapılmalıdır:

“Parkomatların yığışdırılmasının səbəblərini dəqiq bilməsəm də, bu lazımsız qurğuların belə bir taleylə üzləşəcəyi aydın idi. Onlar həm mövcud qanunvericiliyə uyğun deyil, həm də xeyli vaxtdır ki, istifadəsiz qalmışdılar. Amma bu cihazları zibilliyə də atmaq olmaz”.

Qeyd edək ki, parkomatlar əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olub, daha sonra parklama yerləri Bakı Nəqliyyat Agenltiyinin tabeliyinə verilib. Parkomatların ləğv edilməsi zaman-zaman gündəmə gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR