Slimfit
  1. CƏMİYYƏT

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi
Sakura

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub.

Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR