Bakıda işsizlərin ən çox olduğu rayonlar
Bu ilin iyun ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan insanların sayı 19 min 274 nəfər olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, işsizliyə görə müavinət alan 1208 nəfərə hesablanan orta aylıq məbləğ 334,07 manat olub.
Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7374 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat iyun ayının axırına şəhər üzrə cəmi 2344 nəfərdir, onlardan 2060 nəfəri fəhlələrdir.
Bakı şəhərinin ayrı-ayrı rayonları üzrə işsiz statusu olanların sayı belə olub:
İşsizlik statusuna malik olanlar |
Onlardan işsizliyə görə müavinət alanlar |
|
Bakı şəhəri- cəmi |
19 274 |
1 208 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
1 099 |
122 |
Xətai |
3 576 |
131 |
Xəzər |
1 453 |
22 |
Qaradağ |
751 |
403 |
Nərimanov |
1 766 |
70 |
Nəsimi |
2 782 |
21 |
Nizami |
1 291 |
83 |
Pirallahı |
35 |
5 |
Sabunçu |
1 438 |
68 |
Səbail |
643 |
65 |
Suraxanı |
1 620 |
50 |
Yasamal |
2 820 |
168 |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət